Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı binada yenidən güclü yanğın olub, 23 sakin təxliyə edilib
01 iyul 2012 12:43 (UTC +04:00)
Bakı – APA. Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada güclü yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 43 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 kv.m sahədə, eyvanın taxta konstruksiyaları və ev əşyaları 7 kv.m sahədə, 7-ci mərtəbədə ümumi sahəsi 55 kv.m olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları isə 6 kv.m sahədə, eyvanın taxta konstruksiyaları və ev əşyaları 7 kv.m sahədə yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdən 23 sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın saat iyulun 1-də saat 05:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, həmin binada iyunun 13-də də güclü yanğın baş vermişdi. Yanğın nəticəsində bir neçə nəfər xəsarət almışdı. Həmin yanğın nəticəsində evləri yanaraq sıradan çıxmış bir neçə məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib.
Binada Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarından olan məcburi köçkünlər məskunlaşıb.

Hadisə
Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
22:28
23 may 2024
Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib - VİDEO
20:26
23 may 2024
Cəlilabadda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb
19:34
23 may 2024
Bakıda mağazada qadına xəsarət yetirilməsi barədə sosial şəbəkədə yayılan məlumata münasibət bildirilib
18:32
23 may 2024