Siyəzəndə 47 yaşlı kişi bıçaqlanıb
30 iyul 2012 17:00 (UTC +04:00)
Siyəzən. Vəli Turan – APA. Bu gün günorta saatlarında Siyəzəndə bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.
Siyəzən şəhər sakini, 47 yaşlı Rasim Qurbanov 3 bıçaq zərbəsi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Rasim Qurbanov ilkin ifadəsində özü-özünü bıçaqladığını bildirib. Faktla bağlı araşdırma aparılır.