Ağcabədidə ana və oğlu bıçaqlanıb
29 oktyabr 2012 08:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da Ağcabədi rayonunun Şənlik kəndində, kənd sakini Rafayel Məlikov münaqişə zəminində həmkəndlisi İldırım Kamalova bıçaqla xəsarət yetirib.
R.Məlikov daha sonra hadisə yerinə gələn İ.Kamalovun anası Aybənizi də bıçaqlayıb.
Hadisəni törədən R.Məlikov Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
R.Məlikov daha sonra hadisə yerinə gələn İ.Kamalovun anası Aybənizi də bıçaqlayıb.
Hadisəni törədən R.Məlikov Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Hadisə
Yardımlıda saxlanılan şəxslərdən 14 kq marixuana aşkarlanıb
08:53
14 may 2024
Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunub
08:38
14 may 2024
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
22:22
13 may 2024
Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
21:51
13 may 2024