Bank Of Baku

Hindistanda reklam lövhəsi aşıb, ölənlər var - VİDEO

Hindistanda reklam lövhəsi aşıb, ölənlər var - VİDEO
# 13 may 2024 18:56 (UTC +04:00)

Hindistanda reklam lövhəsi aşıb, ölənlər var.

APA NDTV-yə istinadən xəbər verir ki, Mumbayın Ghatkopar şəhərində güclü toz fırtınası zamanı yanacaqdoldurma məntəqəsinin üzərinə nəhəng reklam lövhəsi aşıb.

Onun altında çoxlu sayda adamın qalması ehtimalı var. Polis indiyə qədər 3 nəfərin öldüyünü, 53 nəfərin yaralandığını, 67 nəfərin isə xilas edildiyini bildirib. Xilasetmə işlərinin davam etdiyi qeyd olunub.

Reklam lövhəsi yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR