Bank Of Baku

Tiflis qarnizonundan silah-sursat və hərbi texnikası yüklənmiş son eşelon bu gün Ermənistana yola salınacaq

Tiflis qarnizonundan silah-sursat və hərbi texnikası yüklənmiş son eşelon bu gün Ermənistana yola salınacaq
# 14 dekabr 2006 11:41 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiyanın Şimali Qafqaz hərbi dairəsinin komandanı general Aleksandr Baranov 8 bağlı və 16 açıq vaqondan ibarət eşelona Rusiyaya məxsus silah, sursat, hərbi texnika və 350 ton əmlak yükləndiyini deyib. Tiflisdən rus hərbçilərinə məxsus 26 hərbi texnikadan ibarət maşın karvanı isə Ermənistana sabah yola düşəcək. Bununla da Rusiyanın Gürcüstandakı hərbi bazalarının bu ölkədən tam çıxarılması prosesi başa çatacaq. Azərbaycan Dövlət Dəmir Yolundan isə APA-ya verilən məlumata görə, Gürcüstan ərazisindəki bazalardan silah, sursat və hərbi texnikanın Azərbaycan vasitəsi ilə daşınması yekunlaşıb. Bu günlərdə Azərbaycan vasitəsi ilə hər hansı bir hərbi yüklü eşeolnun Rusiyaya yola salınması gözlənilmir. Qeyd edək ki, Gürcüstandakı hərbi bazaların Rusiya və Ermənistana köçürülməsinə cari ilin may ayından başlanıb. Bazaların dislokasiyasının ilk mərhələsində may-iyul aylarında Azərbaycan dəmir yolu vasitəsi ilə Axalkələk və Batumi hərbi bazalarından çıxarılan 400 vaqon yükdən ibarət 20 eşelon, ikinci mərhələdə noyabr-dekabr aylarında isə 4 eşelon yola salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR