Bank Of Baku

İctimai Komitənin üzvləri Qobustan qapalı həbsxanasında olublar

İctimai Komitənin üzvləri Qobustan qapalı həbsxanasında olublar
# 14 dekabr 2006 11:45 (UTC +04:00)
Bu gün ədliyyə naziri yanında yaradılmış Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin (İK) üzvləri Çingiz Qənizadə ilə Səadət Bənənyarlı Qobustan qapalı həbsxanasında olublar. Bu barədə APA-ya məlumat verən Ç. Qənizadə bildirib ki, Qobustan həbsxanasında cəza çəkən bir neçə məhkum İK-yə müraciət edib. Bu müraciətlərin araşdırılması üçün komitənin tərkibində Ç. Qənizadə və S. Bənənyarlıdan ibarət işçi qrupu yaradılıb: “Bu çərçivədə biz həbsxanada olduq, müraciət edən məhkumlarla görüşdük. Həmin məhkumların əsas şikayəti ömürlük həbs cəzalarının 15 illik həbslə əvəzlənməsi ilə bağlı etdikləri şikayətlərə baxılmaması ilə bağlı idi. Biz lazımi qeydləri götürdük. Bu qeydlər komitənin növbəti iclasında müzakirə olunacaq”. İşçi digər müraciətləri araşdırmaq üçün qrupunun üzvləri dekabrın 16-da 2 saylı Cəzaçəkmə Müəssisəsində olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR