Bank Of Baku

Qobustan Qapalı Həbsxanasının tibbi-sanitar hissəsində 32 xəstə yatır

Qobustan Qapalı Həbsxanasının tibbi-sanitar hissəsində 32 xəstə yatır
# 14 dekabr 2006 11:47 (UTC +04:00)
“Hazırda Qobustan Qapalı Həbsxanasının tibbi-sanitar hissəsində 32 xəstə yatır. Onlardan 17-si vərəm xəstəsidir. Həmin xəstələr 9 ay müddətində vərəmli məhkumlar üçün nəzərdə tutulmuş 2 saylı müalicə müəssisəsində müalicə olunublar. Müalicədə sonra isə tibbi-sanitar hissəyə yerləşdiriliblər. Digər 15 xəstə somatik müalicə alan xəstələrdir”. Bu sözləri APA-nın həbsxanada keçirilən monitorinqi izləyən əməkdaşına açıqlamasında Qobustan Qapalı Həbsxanasının tibbi-sanitar hissəsinin rəisi Niyazi Eyvazov deyib. O bildirib ki, ümumilikdə Qobustan həbsxanasında yatan 280-dən artıq vərəmli məhkum 2 saylı müalicə müəssisəsində müalicə prosesindən keçib: “Bu şəxslər 9 aylıq müalicədən sonra 1 il müddətində vərəmə yoluxmurlarsa, vərəmli xəstələrin siyahısından çıxarılırlar. Vərəm aşkarlandıqda isə yenidən həmin xəstəxanaya göndərilirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR