Bank Of Baku

Dövlət Baytarlıq Xidmətinin rayon şöbələrinə 43 ədəd “NİVA” avtomobili verilib

Dövlət Baytarlıq Xidmətinin rayon şöbələrinə 43 ədəd “NİVA” avtomobili verilib
# 14 dekabr 2006 11:49 (UTC +04:00)
Respublikada “quş qripi” xəstəliyinin yayılmasının qarşısını almaq üçün digər qurumlarla birgə mübarizəni və profilaktik tədbirləri davam etdirən Dövlət Baytarlıq Xidməti bu günlərdə dövlət vəsaiti hesabına 43 ədəd “NİVA” markalı minik avtomobili alıb. Bu barədə APA-ya Dövlət Baytarlıq Xidmətindən məlumat verilib. Bu nəqliyyat vasitələri şəhər və rayon baytarlıq idarələrinə verilib. Nəqliyyat vasitələri mütəxəssisləri ilk növbədə xəstəlik baş verən sahələrə aparmaq və həmin ərazilərdən patoloji nümunələrin götürülməsi üçün istifadə olunacaq. Dövlət Baytarlıq Xidməti bir müddət əvvəl xəstəliklərin vaxtlı-vaxtında qarşısını almaq, dezinfeksiya tədbirlərini yüksək səviyyədə aparmaq məqsədilə rayon baytarlıq idarələrini DUK qurğusu yerləşdirilən avtomaşınlar və dezinfeksiyaedici vasitələrlə təmin ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR