Bank Of Baku

Qobustan qapalı həbsxanasında “Azərbaycanda penitensiar sistemin təkmilləşdirilməsi” layihəsi çərçivəsində mətbəxin açılışı olub

Qobustan qapalı həbsxanasında “Azərbaycanda penitensiar sistemin təkmilləşdirilməsi” layihəsi çərçivəsində mətbəxin açılışı olub
# 14 dekabr 2006 11:58 (UTC +04:00)
Bu gün Qobustan qapalı həbsxanasında Avropa Şurası, Avropa Komissiyası və Azərbaycanın birgə həyata keçirdiyi “Azərbaycanda penitensiar sistemin təkmilləşdirilməsi” layihəsi çərçivəsində mətbəxin açılışı olub. APA-nın mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, mətbəx Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən təmir olunub. Müasir avadanlıqların təchizatı isə Avropa Şurası və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilib. Tədbirdə Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov, xidmətin məsul əməkdaşları, Avropa Şurasının təmsilçiləri və layihəni həyata keçirən ekspertlər iştirak ediblər. Hələ quraşdırılmayan yeni avadanlıqların ümumi dəyəri 70-80 min avro təşkil edir. Çəkilən xərclərin 80%-i Avropa Komissiyasının, 20%-i Avropa Şurasının payına düşür. Alınan avadanlıqlar sırasında 4 qazan, 2 elektrik sobası, məhkumların kameralarına isti yeməklər aparması üçün termoslar, çayniklər və s. var.
Qeyd edək ki, indiyədək mətbəxin avadanlıqları köhnə olduğu üçün məhbusların kameralarına aparılan yeməklər çox soyuq olurdu. Bu səbəbdən Avropa Şurasının ekspertləri qərara alıb ki, cəzaçəkmə müəssisəsinin mətbəx avadanlıqları dəyişdirilməli və məhbuslar isti qidalarla təmin edilməlidir. Hal-hazırda məhkumlara gün ərzində 100 qram ət, 10 qram kərə yağı verilir, yeməklər isə ət, makaron supu olur. Qeyd edək ki, “Azərbaycanda penitensiar sistemin təkmilləşdirilməsi” layihəsi 2006-cı ilin əvvəllərindən başlayıb və dekabrda sona çatıb. Layihə çərçivəsində pilot müəssisə kimi Qobustan qapalı həbsxanası və 1 saylı Cəzaçəkmə Müəssisəsi seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR