Bank Of Baku

Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Vilyam Tolu qəbul edib

Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Vilyam Tolu qəbul edib
# 14 dekabr 2006 14:55 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Vilyam Tolu qəbul edib. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, görüşdə iki qurum arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi və gələcəkdə birgə fəaliyyət planları haqqında fikir mübadiləsi aparılıb. Ombudsman Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, bir milyon azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğunu bildirib. V. Tol son illərdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, bu kateqoriyadan olan əhalinin hüquqi müdafiəsinin möhkəmləndirilməsi, problemlərinin həlli istiqamətində mühüm işlər görüldüyünü deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR