Bank Of Baku

BQXK valideynlərinin yazdığı məktubu erməni əsirliyində olan Azərbaycan ordusunun əsgəri Vüsal Qaracayevə çatdırıb

BQXK valideynlərinin yazdığı məktubu erməni əsirliyində olan Azərbaycan ordusunun əsgəri Vüsal Qaracayevə çatdırıb
# 14 dekabr 2006 14:58 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nın Bakıdakı nümayəndəliyindən məlumat verilib. Komitədən bildirilib ki, hərbi qulluqçunun əsir düşməsi ilə bağlı məsələ qurumun diqqətindədir. Ancaq BQXK əsirin qaytarılması üçün aparılan danışıqlarda iştirak etmir: “Komitənin Dağlıq Qarabağ nümayəndəliyinə dekabrın 8-də azərbaycanlı hərbçinin əsir düşməsi barədə məlumat çatdırılıb. Bundan sonra qurumun üzvləri onunla görüşüblər, saxlanma şəraiti ilə tanış olublar. Əsir hərbçinin ailəsinə göndərdiyi iki məktub artıq ünvanına çatdırılıb. Ailəsinin yazdığı cavab məktublarından biri hərbçiyə verilib. Digəri isə yaxın günlərdə ona çatdırılacaq”. Komitədən bildirilib ki, qurumun əsir düşmüş hərbçilərin saxlanma şəraiti ilə tanış olmaq mandatı var. Ancaq əsirin saxlanma şəraiti və səhhəti ilə bağlı ictimaiyyətə məlumat verilmir. Azərbaycan Müdafiə Nazirliyindən və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, hələlik əsirin qaytarılması məsələsində heç bir yenilik yoxdur. Qeyd edək ki, Balakən rayon Hərbi Komissarlığından bu il hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Qaraçayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində əsir götürülüb. Rəsmi mənbələr isə əsgərin dumanlı havada azaraq əsir düşdüyünü bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR