Bank Of Baku

12 saylı Cəzaçəkmə Müəssisəsindən qaçmış Arzu Paşayevin məhkəməsi başa çatıb

12 saylı Cəzaçəkmə Müəssisəsindən qaçmış Arzu Paşayevin məhkəməsi başa çatıb
# 16 dekabr 2006 10:30 (UTC +04:00)
Qaradağ rayon Məhkəməsində hakim Rəşadət Ağayevin sədrliyi ilə bu ilin avqustunda 12 saylı Cəzaçəkmə Müəssisəsindən (CM) qaçmış Arzu Paşayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən APA-ya verilən məlumata görə, məhkəmənin hökmü ilə A.Paşayevin barəsində çıxarılmış 8 il azadlıqdan məhrumetmə cəzası müəssisədən qaçdığı gündən-avqustun 23-dən hesablanacaq. Belə ki, onun müəssisədən qaçdığı günədək çəkdiyi 1 il 3 ay müddət ikinci cinayətinə görə təyin olunmuş cəzaya hesablanıb. Qeyd edək ki, A. Paşayev barəsində Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 304.1-ci (azadlıqdan məhrumetmə yerlərində, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə cinayət işi başlanmış, qeyri-qanuni yaşadığı qadını qətlə yetirdiyi üçün məhkəmənin hökmü ilə ötən ilin mayında 8 il azadlıqdan məhrum edilmişdi. Məlum hadisədən sonra Penitensiar Xidmətin rəhbərliyi tərəfindən aparılan xidməti yoxlama nəticəsində 12 saylı CM-in rəisi Fəxrəddin Əliyev və dəstə rəisi Musa Əliyev vəzifələrindən azad olunub, müəssisənin bir neçə əməkdaşı isə cəzalandırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR