Bank Of Baku

İki ermənini öldürdüyünə, ikisini isə yaraladığına görə həbs edilmiş 64 yaşlı Şahoğlan Mirzəyev əfv gözləyir

İki ermənini öldürdüyünə, ikisini isə yaraladığına görə həbs edilmiş 64 yaşlı Şahoğlan Mirzəyev əfv gözləyir
# 16 dekabr 2006 10:33 (UTC +04:00)
APA-nın əməkdaşı ilə söhbətində məhkum iki ermənini öldürdüyünə, ikisini isə yaraladığına görə həbsdə yatdığını deyib. Bu cinayətinə görə ona 14 il azadlıqdan məhrumetmə cəzası verilib. Ş.Mirzəyevin sözlərinə görə, 1993-cü ilin oktyabrında Hövsan qəsəbəsindəki bağ evinin həyətində ermənilərin basqısına məruz qalıb, ov tüfəngi ilə onlara atəş açaraq ermənilərin ikisini öldürüb, ikisini isə yaralayıb. Cəzasının 10 ilini Qobustan qapalı həbsxanasında çəkib. Qobustanda baş vermiş qiyamda iştirakına görə, 3 il əlavə cəzaya məhkum olunub. 4 ildir, 1 saylı CM-də cəza çəkir. Dediyinə görə, 6 övladı anadangəlmə kordur: “Mən uşaqlarıma görə yaşayıram. Tək dərdim kor qızımı yerbəyer edə bilməməyimdir. Azadlıqda olsaydım, ona bir iş düzüb-qoşardım”. Ş.Mirzəyev fikrincə, əfvlə bağlı müraciətləri prezidentə çatmayıb: “Müraciətlərim prezidentə çatsaydı, məni əfv edərdi. Erməni öldürdüyümə görə tutulmuşam. Onda gərək, müharibədə iştirak edib erməniləri öldürənlərin hamısını tutaydılar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR