Bank Of Baku

“Bank Respublika”ya partlayıcı qurğu yerləşdirilməsi barədə anonim zənglə bağlı saxlanılan yoxdur

“Bank Respublika”ya partlayıcı qurğu yerləşdirilməsi barədə anonim zənglə bağlı saxlanılan yoxdur
# 16 dekabr 2006 10:47 (UTC +04:00)
Bu haqda APA-ya Səbayel Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin növbətçi hissəsindən məlumat verilib. Növbətçi hissədən bildirilib ki, naməlum zəngin sahibinin müəyyənləşdirilməsi istiqamətdə araşdırmalar davam edir. Hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur. Xatırladaq ki, dünən saat 15.00 radələrində “Bank Respublika”nın baş ofisinə zəng edən şəxs binada partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Telefon zəngindən dərhal sonra polisin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yanğınsöndürən və təcili tibbi yardım maşınları hadisə yerinə gəliblər. Binanın bütün əməkdaşları evakuasiya olunduqdan sonra axtarış aparılıb. Axtarış nəticəsində binada partlayıcı qurğunun olmadığı təsdiqlənib, hazırda bankın fəaliyyəti tam bərpa edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR