Bank Of Baku

TÜRKSOY-un Daimi Şurasının 23-cü iclasında quruma yeni sədr seçiləcək

TÜRKSOY-un Daimi Şurasının 23-cü iclasında quruma yeni sədr seçiləcək
# 18 dekabr 2006 11:03 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, iclasda iştirak etmək üçün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, həmçinin TÜRKSOY-un baş direktoru, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ankaraya gəliblər.
Proqrama görə, ikigünlük iclas Ankarada “TÜRKSOY Evi”nin açılış mərasimi ilə başlayacaq. Daha sonra TÜRKSOY-un 23-cü iclası Polad Bülbüloğlunun sədrliyi ilə fəaliyyətə başlayacaq. İclasda TÜRKSOY-un təşkilati məsələlərinə baxılacağı, P. Bülbüloğlunun isə bu vəzifədən istefa verəcəyi gözlənilir.
Qeyd edək ki, P. Bülbüloğlu 1993-cü ildən TÜRKSOY-un baş direktorudur. Hər dörd ildən bir keçirilmiş qurultayda o, bu vəzifəyə seçilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bu posta namizəd olmaq istəmədiyini, lakin Azərbaycanın namizədi olduğunu desə də, ad açıqlamayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR