Bank Of Baku

DİN-in sabiq şöbə rəisi Kamil Sədrəddinov MTN təcridxanasında aclığı davam etdirir

DİN-in sabiq şöbə rəisi Kamil Sədrəddinov MTN təcridxanasında aclığı davam etdirir
# 18 dekabr 2006 11:04 (UTC +04:00)
“Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında ona qarşı edilən təzyiqlərə etiraz olaraq Kamil Sədrəddinov beş gündür ki, aclıq aksiyası keçirir. Hələlik onun səhhəti normaldır. Aclıqla bağlı hələlik heç bir quruma müraciət edilməyib, heç müraciət etməyin mənası da yoxdur”. Bu barədə APA-ya Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinovun vəkil Oqtay Gərəkməzli məlumat verib. O. Gərəkməzli bu günədək K. Sədrəddinova ailəsi ilə görüşməyə icazə verilmədiyini deyib. Onun sözlərinə görə, dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, görüşə icazə verilmir. Vəkil K. Sədrəddinovun ailəsinə də təzyiqlər edildiyini deyib: “Kamil Sədrəddinovun qayınanasına məxsus ev kirayə verilib, anacaq kirayə edən şəxslər bu evdən çıxmırlar. Evin boşaldılması ilə bağlı bütün məhkəmə instansiyalarının qərarı və icra vərəqəsi var, ancaq icraçılar tərəfindən evin boşaldılması həyata keçirilmir”. K. Sədrəddinovun saxlanıldığı təcridxanadan dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciətinə münasibət bildirən O. Gərəkməzli bunun mümkün olmadığını vurğulayıb. Vəkil bildirib ki, K. Sədrəddinova qarşı çıxarılacaq məhkəmə hökmünü ədalətsiz hesab etsələr, yuxarı məhkəmə instansiyalarına və Avropa Məhkəməsinə müraciət edəcəklər.
Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə APA-ya açıqlamasında, MTN-nin təcridxanasında heç kimə, o cümlədən Kamil Sədrəddinova da təzyiq edilmədiyini bildirib. O, K. Sədrəddinovun aclıq etməsi barədə məlumatsız olduğunu da deyib.
Qeyd edək ki, K. Sədrəddinov Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq əməliyyatçısı Hacı Məmmədovla bağlı məhkəmə prosesində 2004-cü ildən bu günədək ona qarşı təzyiqlər olmasına, xidməti işlərinə görə verilmiş dövlət mükafatlarının əlindən alınmasına, ailəsinə qarşı olan təzyiqlərə etiraz etdiyini söyləyərək, son söz deməkdən imtina edib və aclıq aksiyasına başladığını bildirib. K. Sədrəddinov məhkəmədən saxlandığı təcridxananın dəyişdirilməsini də xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR