Bank Of Baku

Bu tədris ilindən 8 ali məktəbdə kredit sistemi tətbiq edilir

Bu tədris ilindən 8 ali məktəbdə kredit sistemi tətbiq edilir
# 18 dekabr 2006 11:22 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyi və UNESCO-nun təşkilatçılığı ilə “Azərbaycanın ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi” mövzusunda milli seminar keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov deyib ki, bu seminar UNESCO-nun baş direktorunun Azərbaycana ötən ilin avqustunda baş tutan səfəri zamanı Təhsil Nazirliyi ilə imzalanan əməkdaşlıq memorandumu çərçivəsində təşkil edilib. Ali təhsil müəssisələrinin kredit sisteminə keçməsinin Bolonya prosesinin əsas tələblərindən biri olduğunu xatırladan nazir qeyd edib ki, kredit sisteminin tətbiqinin bir çox üstünlükləri var. Bu sistem imkan verir ki, hər tələbənin fərdi tədris planı olsun, hər bir tələbə ali məktəbin imkanına uyğun olaraq ayrı-ayrı fənlər üçün müəllimlərini seçsin, müəllimin dərs yükü tələbənin fərdi tədris planı əsasında müəyyən edilsin, mühazirələr və seminarlar bir müəllim tərəfindən keçirilsin, tələbə bir tədris müddətində ixtisasına yaxın olan daha bir ixtisas yiyələnsin. M.Mərdanov deyib ki, bu tədris ilindən başlayaraq 8 ali məktəbin - Bakı Dövlət Universitetinin, Azərbaycan Neft Akademiyasının, Bakı Slavyan Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Dövlət İqtisad Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin bəzi ixtisaslarında kredit sisteminə keçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR