Bank Of Baku

Arif Babayev: “Kamil Sədrəddinovun səsləndirdiyi fikirlər özünümüdafiə məqsədi ilə məhkəmənin son qərarına ünvanlanıb”

Arif Babayev: “Kamil Sədrəddinovun səsləndirdiyi fikirlər özünümüdafiə məqsədi ilə məhkəmənin son qərarına ünvanlanıb”
# 18 dekabr 2006 13:32 (UTC +04:00)
“Hacı Məmmədov və onun banda üzvlərinin məhkəməsi hələ başa çatmadığından orada səslənən fikirlərə və ifadələrə münasibət açıqlanmır. Bununla yanaşı onu deyə bilərəm ki, digər təqsirləndirilən şəxslər kimi, Kamil Sədrəddinov da məhkəmənin səlahiyyətinə keçdiyindən onunla bağlı heç bir istintaq hərəkəti aparılmır”. Bunu APA-ya Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev K. Sədrəddinovun aclıq aksiyasına başladığı barədə bəyanatına münasibət bildirərkən deyib. A. Babayev bildirib ki, məhkəmədə ittiham tərəfi təqsirləndirilən şəxslərə cəza müddəti istəyib: “O da bu fikirlərini məhz son sözündə səsləndirib. Əgər belə bir şey olsaydı, bu müddət ərzində Kamil Sədrəddinovun imkanı var idi ki, məhkəməyə müraciət etsin. Amma bu, olmayıb. Kamil Sədrəddinovun səsləndirdiyi fikirlər də sırf özünümüdafiə məqsədi ilə məhkəmənin son qərarına ünvanlanıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR