Bank Of Baku

“Quş qripi” ilə bağlı planlaşdırılan monitorinqlərdən birincisi yekunlaşıb

“Quş qripi” ilə bağlı planlaşdırılan monitorinqlərdən birincisi yekunlaşıb
# 18 dekabr 2006 13:59 (UTC +04:00)
“Quş qripi” ilə bağlı dekabr ayında keçirilməsi planlaşdırılan monitorinqlərin birincisi başa çatıb. Monitorinq dekabrın 11-dən 17-dək Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Ovçular” Cəmiyyətinin mütəxəssisləri tərəfindən Abşeron Milli Parkında, Dəvəçi rayonundakı “Sarvan” Ovçuluq Təsərrüfatında, Salyan rayonundakı “Şirvan” Milli Parkında, Ağcabədi rayonundakı “Ağgöl” Milli Parkında, Lənkəran rayonundakı “Qızılağac” Dövlət Qoruğunda aparılıb. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanan 37 baş çöl quşundan patoloji material götürülüb. Nümunələr artıq Respublika Baytarlıq Laboratoriyasına təqdim olunub. Həm çöl, həm də ev quşlarından götürülən qan və patoloji materiallar üzərində müayinə işləri dekabrın 25-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR