Bank Of Baku

“Şəmkir” gəmisində baş verən partlayış nəticəsində ölən və yaralananlar var

“Şəmkir” gəmisində baş verən partlayış nəticəsində ölən və yaralananlar var
# 18 dekabr 2006 13:59 (UTC +04:00)
Səbayel Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar 5 saylı xəstəxanaya yerləşdiriliblər. Xəstəxanada olan APA əməkdaşının verdiyi məlumata görə, yaralılar Elşən Çingiz oğlu Musayev (22 yaş), Qənimət Hidayət oğlu İbrahimov (48 yaş) və Adil Məmməd oğlu Fərzəliyevdir (40 yaş). Xəstəxananın növbətçi həkimi Vurğun Salahov APA-ya bildirib ki, onların hər üçünün üz və əl nahiyələri yanıb, vəziyyətləri kafidir. İlkin yardım göstərildikdən sonra yaralılar reanimasiyaya yerləşdirilib.
APA-nın Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında olan əməkdaşının verdiyi məlumata görə isə, partlayış nəticəsində yaralanan 2 nəfər də bu xəstəxanaya yerləşdirilib. Bunlar Kamil Ələsgərov (63 yaş) və Musa Məmmədbəyovdur (41 yaş). Xəstəxananın neyrocərrahiyyə şöbəsinin müdiri Qabil İbrahimov bildirib ki, yaralılar xəstəxanaya günorta saatlarında qapalı kəllə-beyin travması diaqnozu ilə daxil olublar. Onlardan birinin vəziyyəti ağır, digərininki orta ağırdır.
Xəzər Dəniz Gəmiçiliyindən APA-ya bildirilib ki, hadisə nəticəsində 3 nəfər yüngül xəsarət alıb, bir nəfər ölüb. Gəmi borusunun içərisində toplanmış qaz qaynaq işləri aparılan zaman partlayışa səbəb olub. Hadisə ilə bağlı araşdırmalar davam edir.
/APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR