Bank Of Baku

Gəncədə 148 obyekt Əmək Məcəlləsini pozduğuna görə cərimə olunub

Gəncədə 148 obyekt Əmək Məcəlləsini pozduğuna görə cərimə olunub
# 18 dekabr 2006 15:15 (UTC +04:00)
Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyinin 7-ci regional şöbəsi tərəfindən Gəncə şəhəri üzrə 148 obyekt Əmək Məcəlləsini pozduğuna görə cərimə olunub. Bunların 23-ü hüquqi şəxslərdir. İşçilərlə əmək müqaviləsi bağlamayan obyektlərin təxminən 36%-i ayrı-ayrı xidmət sahələri, qalanları isə ticarət və istehsal müəssisələrinin payına düşür. Bu barədə APA-nın Qərb bürosuna 7-ci regional şöbəsinin rəisi Əkbər Nəsirli məlumat verib.
Ə.Nəsirlinin sözlərinə görə, müfəttişliyə 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ərazi üzrə əmək müqaviləsi olmadan vətəndaşları işə götürən 197 obyektə cərimə tətbiq olunması barədə protokollar göndərilib: “Protokolların 98-i idarəyə dekabr ayında daxil olub. Əmək müqaviləsi olmadan vətəndaşları işə götürən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hüquqi şəxslər 220 AZN, fiziki şəxslər isə 77 AZN məbləğində cərimə olunub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR