Milli Məclisdə qadınlara qarşı zorakılığa həsr olunan dinləmələr keçiriləcək
18 dekabr 2006 15:34 (UTC +04:00)
Dekabrın 21-də Milli Məclisdə (MM) qadın problemlərinə həsr olunan dinləmələr keçiriləcək. Parlamentdən APA-ya daxil olan məlumata görə, Avropa Şurasının “Qadınlara qarşı zorakılıqla mübarizə” adı altında təşkilata üzv olan bütün dövlətlərdə həyata keçirdiyi kampaniya çərçivəsində reallaşacaq tədbirdə müvafiq nazirliklərin və qurumların rəhbərləri iştirak edəcəklər. Müzakirə olunan məsələ ilə bağlı MM-in bəyanatı qəbul olunacaq. /APA/