Bank Of Baku

Dövlət Komissiyası Azərbaycan ordusunun əsgəri Vüsal Qaracayevin əsirlikdən buraxılması üçün pul tələb olunduğuna dair məlumatı təkzib edir

Dövlət Komissiyası Azərbaycan ordusunun əsgəri Vüsal Qaracayevin əsirlikdən buraxılması üçün pul tələb olunduğuna dair məlumatı təkzib edir
# 18 dekabr 2006 15:52 (UTC +04:00)
Dekabrın 7-də cəbhənin Ağdam rayonu istiqamətində, qoşunların təmas xəttində erməni hərbi birləşmələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri, Balakən rayon sakini, 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlunun azad olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların işi üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, qurum bu məqsədlə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və digər aidiyyəti beynəlxalq təşkilatlarla gündəlik görüşlər keçirir, danışıqlar aparır, əsgərin saxlanma şəraitinin humanitar hüquq normalarına uyğun olması, səhhətinin nəzarətdə saxlanması və onun tezliklə azadlığa çıxması üçün işləri davam etdirir. Komissiyanın işçi qrupunun Vüsal Qaracayevin valideynlərinə övladlarının azad edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdiyi də bildirilir: “Bunlarla yanaşı, Dövlət Komissiyası Vüsal Qaracayevlə bağlı bəzi KİV-də yayılan yoxlanılmamış məlumatlardan narahatlıq keçirir, bu cür informasiyaların ümumi işə mənfi təsir edə biləcəyindən ehtiyat edir. Əsir götürülmüş V. Qaracayevin azad edilməsi üçün qarşı tərəfin guya pul tələb etməsi və bunun Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndində fəaliyyət göstərən nümayəndəliyinə bildirilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir, əksinə, bu prosesdə Dövlət Komissiyası ilə əməkdaşlıq edən komitəni gözdən salmaq məqsədi daşıyır. Komissiya bir daha KİV-i insan taleyi, xüsusən əsir, itkin və girovlar kimi həssas məsələlərlə bağlı məlumat yayarkən obyektiv olmağa çağırır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR