Azərbaycan Fövqəladə Hallar Nazirliyi “Şəmkir” gəmisində baş vermiş partlayışla bağlı məlumat yayıb
18 dekabr 2006 16:06 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə Əlaqə İdarəsi bu gün “Şəmkir” gəmisində baş vermiş partlayışla bağlı məlumat yayıb. İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya bildirib ki, bu gün saat 14.27 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112 zəng mərkəzi”nə Baş Yanğın Təhlükəsizliyi İdarəsindən daxil olmuş məlumata əsasən, Neftçilər prospekti 39 ünvanında yerləşən “Paris kommunası” adına Gəmi Təmiri Zavodunda tutumu 12.500 ton olan təmirə dayanmış “Şəmkir” neft daşıyan tankerinin maşın bölməsində qaynaq işləri aparılarkən partlayış baş verib. Partlayış nəticəsində 3 kv.m sahədə yağ qalıqları yanıb. Yanğın kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Cəlil Heybət oğlu Qurbanlının meyiti aşkar olunub. Yanğın zamanı 1968-ci il təvəllüdlü Elçin Çingiz oğlu Musayev, 1942-ci il təvəllüdlü Kamil Xanalı oğlu Əsgərov və 1972-ci il təvəllüdlü Zahid Musa oğlu Məmmədəliyev müxtəlif dərəcəli yanıq xəsarəti alıblar. Yaralılar təcili yardım tərəfindən Bakı şəhər Yanıq Mərkəzinə aparılıblar. Tankerin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınsöndürənlər saat 14.53-də yanğını söndürüblər. /APA/
Hadisə
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
19:20
8 may 2024
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
19:17
8 may 2024
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var
19:00
8 may 2024
Bakıda müxtəlif ünvanlara narkotik yerləşdirərək İran vətəndaşına məlumat verməli olan kuryerlər saxlanılıb
18:23
8 may 2024