Bank Of Baku

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlarla bağlı ittihamlar Əli İnsanovun üzərindən götürülüb

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlarla bağlı ittihamlar Əli İnsanovun üzərindən götürülüb
# 18 dekabr 2006 15:09 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbədən APA-ya verilən məlumata görə, vahid icraatda birləşdirilən işin istintaqı gələn həftə yekunlaşacaq. Məlumata görə, Ə.İnsanov barəsində irəli sürülmüş dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlarla bağlı ittihamlar onun üzərindən götürülüb. Adıçəkilən üç nəfər vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, rüşvət vermə, mənimsəmə və digər vəzifə cinayətlərində ittiham olunurlar. Məlumatda bu iş üzrə məhkəmə prosesinin gələn ilin yanvarında başlamasının nəzərdə tutulduğu bildirilib. Mənbə qeyd edib ki, Hacı Məmmədovun dəstəsinin məhkəmə prosesinin tez bir zamanda yekunlaşması da Ə.İnsanov və digərlərinin cinayət işi üzrə istintaqın başa çatması ilə əlaqədardır. Bu məhkəmə prosesi yekunlaşandan sonra dövlət çevrilişinə və kütləvi iğtişaşlar törətməyə cəhd ittihamları ilə təqsirləndirilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, nazirliyin sabiq vəzifəli şəxsləri Qədir Hüseynov, İsmayıl Mənsimov və digərlərinin barəsindəki cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək. Respublika Prokurorluğunun mətbuat xidmətindən isə məlumatı təsdiqləməyiblər./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR