Bank Of Baku

Hüseyn Bağırov: “Xəzər dənizində bioresursların bölüşdürülməsi hər hansı ölkənin hərbi və siyasi gücünə əsasən olmamalıdır”

Hüseyn Bağırov: “Xəzər dənizində bioresursların bölüşdürülməsi hər hansı ölkənin hərbi və siyasi gücünə əsasən olmamalıdır”
# 21 dekabr 2006 13:39 (UTC +04:00)
“Xəzər dənizində balıq ovunun dayandırılacağını proqnozlaşdırmaq çətindir. Azərbaycanın mövqeyi odur ki, Xəzərdə qiymətli balıq resurslarının mühafizəsi gücləndirilməlidir. Ancaq buna bütün dövlətlər tərəfindən əməl olunmalıdır. Əgər belə olmayacaqsa, ədalətli və elmi əsaslara söykənən prinsiplər müəyyənləşdirilməlidir ki, bütün ölkələr bunun əsasında hərəkət etsin”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. H. Bağırov bildirib ki, Xəzər dənizində bioresursların bölüşdürülməsi hər hansı ölkənin hərbi və siyasi gücünə əsasən olmamalıdır. Onun sözlərinə görə, dənizinin bioresurslarının bərpasında və Xəzərə tökülən şirin sularda əsas mənbə rolunu oynayan ölkələrin rolu nəzərə alınmalıdır. H. Bağırov heyvan ovu üçün ovçuluq mövsümünün açılmayacağını da bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR