Bu ilin 11 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 76 cinayət faktı qeydə alınıb
21 dekabr 2006 13:48 (UTC +04:00)
“Bu ilin 11 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 76 cinayət faktı qeydə alınıb. Ötən il isə bu cinayətə görə 28 fakt müəyyənləşdirilib”. APA-nın məlumatına görə, bu barədə Milli Məclisdə çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov məlumat verib. R. Usubov bildirib ki, bu ilin 11 ayı ərzində məhkum olunmuş 4028 qadından 567-nə (7-8%) azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar verilib. Bu göstərici ötən il 84% təşkil edib. Belə ki, 2005-ci ildə məhkum olunmuş 1010 qadından 833-nə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilib. /APA/
Hadisə
Naxçıvanın sabiq komitə sədrinin məhkəməsi başlayır
15:55
6 may 2024
Anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb
15:53
6 may 2024
Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
15:24
6 may 2024
Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib, 3 min manatlıq motosiklet oğurlanıb - VİDEO
14:43
6 may 2024