Bank Of Baku

Anar İsmayılov Nadir Həsənquliyevi “Azərenerji”nin keçmiş prezidentinin ailəsinin sifarişi ilə qətlə yetirdiyini etiraf edib

Anar İsmayılov Nadir Həsənquliyevi “Azərenerji”nin keçmiş prezidentinin ailəsinin sifarişi ilə qətlə yetirdiyini etiraf edib
# 21 dekabr 2006 14:44 (UTC +04:00)
Q. Həsənquliyevin APA-ya verdiyi məlumata görə, A. İsmayılov ikinci məktubunda cinayətin sifarişçisinin adını açıqlayıb: “Əsl cinayətkar mən deyiləm. Bu işi görməyə sövq edilmişəm. Cinayətin sifarişçisi Kamal İmanovun ailəsidir”. Millət vəkili həmin məktubla birlikdə baş prokuror Zakir Qaralova və ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanladığını da bildirib. Müraciətində zərərçəkən kimi A. İsmayılovla görüşmək istədiyini bildirib. Bundan başqa, baş prokurorun köməkçisi Eldar Əhmədov da millət vəkilinə məktub göndərib. Məktubda iş üzrə cinayət işinin təzələndiyi, yenidən istintaq aparıldığı qeyd olunub. İstintaqın icraatı E. Əhmədova verilib. Qeyd edək ki, A. İsmayılov əvvəlki məktubunda törətdiyi əməlinə görə Nadir Həsənquliyevin ailəsindən, yaxınlarından üzr istəyib.
N. Həsənquliyev 2001-ci ildə qətlə yetirilib. Qətli törədən A. İsmayılov hadisəni münaqişə zəminində törətdiyini iddia etsə də, zərərçəkmiş tərəf cinayətin “Azərenerji”nin keçmiş prezidenti Müslüm İmanovun oğlu Kamal İmanovun sifarişi ilə həyata keçirildiyini bildirib. Hadisədən sonra K. İmanov barəsində axtarış elan edilib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR