Bank Of Baku

Bakı şəhərində bir sıra şadlıq evlərinin, barların, gözəllik salonlarının və digər obyektlərin işığı kəsilib

Bakı şəhərində bir sıra şadlıq evlərinin, barların, gözəllik salonlarının və digər obyektlərin işığı kəsilib
# 26 dekabr 2006 15:56 (UTC +04:00)
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti (ASC) bu gün saat 14:00-dan etibarən Bakı şəhərinin 11 rayonunda istehlak etdiyi enerjinin pulunu ödəməyən abonentlərə verilən elektrik enerjisini kəsməyə başlayıb. Bu barədə APA-ya “Bakıelektrikşəbəkə” ASC-dən məlumat verilib. Məlumatda bildirilir ki, elektrik təchizatı dayandırılan abonentlər arasında iri obyektlər, müəssisələr, şadlıq evləri, gözəllik salonları və barlar çoxluq təşkil edir. Bu gün işlətdikləri enerjinin pulunu ödəmədikləri üçün Nizami rayonundakı bir sıra şadlıq evləri, o cümlədən “Xarı bülbül”, “Murad” və “Soltan” şadlıq evləri, paytaxtın Nəsimi və Səbail rayonlarında yerləşən bir sıra barlar və digər obyektlər şəbəkədən açılıb. Reydlər sabah da davam edəcək. “Bakıelektrikşəbəkə” ASC borclu abonentlərə dekabrın 29-dək növbəti xəbərdarlıq edib. Bu müddətədək istehlak etdiyi enerjinin pulunu ödəməyən vətəndaşların enerji təchizatı tamamilə dayandırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR