Bank Of Baku

QAT Azərbaycan Ordusunda əsir düşən əsgərlərin sayının artması ilə bağlı bəyanat verib

QAT Azərbaycan Ordusunda əsir düşən əsgərlərin sayının artması ilə bağlı bəyanat verib
# 27 dekabr 2006 09:54 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) son dövrlər Azərbaycan Ordusunda əsir düşən əsgərlərin sayının artması ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda belə halların artmasının narahatlıq doğurduğu bildirilib: “Bu, ilk növbədə orduda bir sıra mənfi halların olması ilə bağlıdır. Müdafiə Nazirliyi rəhbərliyinin və komandir heyətinin öz işlərinin öhdəsindən gələ bilməməsi və rüşvətxorluq hallarının geniş yayılmasının nəticəsi olaraq bu cür hadisələr baş verir. Qarabağ Azadlıq Təşkilatı bu cür mənfi halların qarşısının alınması üçün təcili tədbirlərin görülməsini və Müdafiə Nazirliyi sistemində köklü dəyişikliklərin həyata keçirilməsini tələb edir”. Bəyanatda əsir düşən əsgərlərin sayının artmasının cəmiyyətdə mübarizə əhval-ruhiyyəsinə və düşmənə qarşı mübarizə ruhuna ağır zərbə vurduğu da qeyd edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR