Bank Of Baku

Ombudsman Elmira Süleymanova BQXK-nin Bakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Susana Lopezə müraciət edib

Ombudsman Elmira Süleymanova BQXK-nin Bakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Susana Lopezə müraciət edib
# 27 dekabr 2006 14:47 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ermənilərin dekabrın 24-də əsir götürdükləri Azərbaycan ordusunun əsgəri Samir Nazim oğlu Məmmədovla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən xanım Susana Lopezə müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Azərbaycan hərbçilərinin ardıcıl əsir götürülməsinin narahatlıq yaratdığı qeyd olunub. E. Süleymanova S. Lopezdən xahiş edib ki, mandatı çərçivəsində S. Məmmədovun qısa vaxtda geri qaytarılması, əsirlikdə olduğu müddətdə işgəncə və digər insan ləyaqətini alçaldan rəftara məruz qalmaması üçün yardımçı olsun. Qeyd edək ki, ombudsman daha öncə S. Lopezlə görüşərək Azərbaycan Silahlı Qüvvələrinin əsir götürülmüş digər əsgəri Vüsal Qaracayevin azad olunması ilə bağlı tədbirlərin görülməsini xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR