Bank Of Baku

Sabah Binəqədi Rayon Məhkəməsində Müstəqil Azərbaycan Universitetinin tələbələrinin iddiasına baxılacaq

Sabah Binəqədi Rayon Məhkəməsində Müstəqil Azərbaycan Universitetinin tələbələrinin iddiasına baxılacaq
# 27 dekabr 2006 14:50 (UTC +04:00)
Binəqədi Rayon Məhkəməsi Müstəqil Azərbaycan Universitetinə (MAU) 2004-cü ildə qəbul edilmiş tələbələrdən yalnız 200-dən çox bal toplamış tələbələri digər özəl ali məktəblərə köçürmək niyyətindədir. Bu barədə APA-ya Tələbələrin Hüquqlarını Müdaifə Komitəsinin Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, sonuncu məhkəmə iclasında hakim Əhməd Sarıyev Təhsil Nazirliyindən 200-dən yuxarı bal toplamış tələbələrin siyahısını istəyib və siyahı sabah keçiriləcək iclasda hakimə təqdim olunacaq: “2004-cü ildə MAU-ya qəbul olmuş tələbələrin əksəriyyəti 200 baldan az toplayıblar. Ona görə də biz belə bir qərarın verilməsi ilə razılaşmayacağıq. Biz məhkəmə iddiasını 200 bal toplamış tələbələrlə bağlı yox, ümumilikdə təhsil hüququmuzun pozulması ilə bağlı qaldırmışıq. Digər tərəfdən, bu ali məktəbə aşağı balla qəbul aparılıbsa, bu bizim günahımız deyil”. Qeyd edək ki, məhkəmə iclası sabah saat 16.00-da başlayacaq.
V. Süleymanov onu da qeyd edib ki, tələbələr 37-ci gündür aclıq aksiyası keçirirlər. Bu gün aksiyada iştirak edən tələbə qızlardan 4-nün səhhətinin kəskin pisləşdiyini bildirən komitə üzvü onlara tibbi yardımın edildiyini qeyd edib: “Xəstəxanalarda tələbələrə lazımi yardım edilmədiyi üçün onlar xəstəxanaya getməkdən imtina etdilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR