Bank Of Baku

Gələn il Ukraynada Azərbaycan mədəniyyət günləri keçiriləcək

Gələn il Ukraynada Azərbaycan mədəniyyət günləri keçiriləcək
# 27 dekabr 2006 14:53 (UTC +04:00)
Gələn il martında Ukraynada Azərbaycan mədəniyyət günləri keçiriləcək. Mədəniyyət günlərin açılışında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı da gözlənilir. Bu barədə APA-ya Ukraynanın ölkəmizdəki səfirliyindən məlumat veriblər. Qeyd edək ki, “İlin adamı-2006" ümummilli proqramının Akademik Şuranın qərarına görə, ictimai-siyasi fəaliyyətinə görə beynəlxalq mükafata Azərbaycan prezidenti İlham Əliyev layiq görülüb. “İlin adamı - 2006" ümummilli proqramına yanvarın 10-da yekun vurulacaq, müsabiqənin nəticələri isə 15-16 yanvarda açıqlanacaq. Qaliblər və laureatlara mükafatların təqdim olunması mərasimi martın 17-də keçiriləcək. Ukraynaya səfər zamanı həmin mükafat İlham Əliyevə təntənəli şəkildə təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR