Bank Of Baku

Elmira Süleymanova 1 saylı klinik mərkəzdə müalicə olunan “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağlarla görüşüb

Elmira Süleymanova 1 saylı klinik mərkəzdə müalicə olunan “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağlarla görüşüb
# 27 dekabr 2006 16:05 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova naməlum şəxslər tərəfindən zorakılığa məruz qalmış və 1 saylı klinik mərkəzdə müalicə olunan “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağlarla (Hüseynovla) görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, jurnalist baş vermiş hadisə, səhhətində olan problemlər barədə danışıb. O, xəstəxanadakı şəraitdən və həkimlərin ona münasibətindən razılıq edib. Müvəkkil baş həkimin müavininə mümkün qədər qısa müddətdə əlavə texniki imkanları cəlb etməklə N. Dağların müayinəsinin sürətləndirilməsini tapşırıb. E. Süleymanova həmçinin, jurnalistin müalicə aldığı palatada Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin rəis müavini E. Quliyevlə də görüşüb, hadisə ilə bağlı araşdırmanın gedişi ilə maraqlanıb. Müvəkkil hadisəni törədənlərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsi və istintaqın obyektiv aparılması üçün baş prokuror və daxili işlər nazirinə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR