Bank Of Baku

Azərbaycanın Çindəki səfirliyinin nəzdində "Şuşa" mədəniyyət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanın Çindəki səfirliyinin nəzdində "Şuşa" mədəniyyət mərkəzi fəaliyyətə başlayıb
# 27 dekabr 2006 16:20 (UTC +04:00)
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin nəzdində "Şuşa" mədəniyyət mərkəzinin açılış mərasimi keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, açılış mərasimində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin şöbə müdiri Li Min, Çin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri İdarəsinin şöbə müdiri xanım Sin Fanfan, Pekində akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, Pekində təhsil alan azərbaycanlı tələbələr və Çində fəaliyyət göstərən azərbaycanlı iş adamları iştirak ediblər. Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev çıxışında Azərbaycan Çin münasibətlərinin mövcud vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhəri haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. Mədəniyyət Mərkəzinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində açıldığını vurğulayan səfir prezident İlham Əliyevin xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanmasına və Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirdiyini bildirib "Şuşa" mədəniyyət mərkəzini həmin diqqətin bariz nümunəsi adlandırıb. Qeyd edək ki, Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi, milli geyim nümunələri və musiqi alətləri nümayiş etdirilən mərkəzin nəzdində Pekində yaşayan azərbaycanlı ailələrin uşaqları üçün "Azərbaycan məktəbi" adlı sinif otağı fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR