Bank Of Baku

Lerik və Yardımlıya 30-35 santimetr qar yağıb

Lerik və Yardımlıya 30-35 santimetr qar yağıb
# 28 dekabr 2006 09:20 (UTC +04:00)
Sinoptiklərin hava şəraitinin kəskin pisləşəcəyi barədə əvvəlcədən xəbərdarlığı Lənkəranın icra strukturlarını ekstremal situasiyalara daha ciddi hazırlaşmağa sövq edib. APA-nın Cənub bürosunun məlumatına görə, şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə fövqəladə hallar üzrə komissiyanın operativ iclası keçirilib və rayonun bütün idarə, müəssisə və təşkilatlarına müvafiq tapşırıqlar verilib. Dekabrın 27-də axşamdan başlayan qar rayonun və şəhərin normal həyat ahəngini, idarə və təşkilatların fəaliyyətini poza bilməyib. Avtobus və marşrut taksilər əvvəlki qaydada işləyir. Hətta dağlıq Gəgiran, Bəliton və Günəhir kəndlərinin sakinləri bayram tədarükü görmək üçün şəhərin mərkəzi bazarına gəliblər.
Lerik rayonuna isə 30-35 santimetr qar yağıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Habil Məlikov APA-nın Cənub bürosuna açıqlamasında bildirib ki, rayonda vəziyyət qənaətbəxşdir. Onun sözlərinə görə, Lənkəran-Lerik avtomobil yolu işlək vəziyyətdədir.
Yardımlı rayonunda da yağan qarın qalınlığı 30-35 santimetr təşkil edir. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Masallı-Yardımlı avtomobil yolu texnikanın köməyi ilə təmizlənib, maşınların gediş-gəlişi təmin olunub. Kənd yollarının qardan təmizlənməsi işinə traktorlar cəlb edilib.
Astara, Masallı və Cəlilabad rayonlarında da vəziyyət qənaətbəxşdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR