Bank Of Baku

Şeyxülislam Hacı Allahşükür Paşazadə Məkkəyə gedib

Şeyxülislam Hacı Allahşükür Paşazadə Məkkəyə gedib
# 28 dekabr 2006 10:13 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına gedib. Bu barədə APA-ya QMİ-dən məlumat verilib. Məlumata görə, şeyxülislam Qurban bayramını Məkkədə keçirəcək və azərbaycanlı zəvvarların problemləri ilə maraqlanacaq. A. Paşazadənin hər olduğu kimi, bu il də Məkkədə Heydər Əliyevin xatirəsinə ehsan verəcəyi gözlənilir. QMİ-dən həmçinin bildirilib ki, azərbaycanlı zəvvarlar bu günə kimi heç bir problemlə qarşılaşmayıblar və müqəddəs ziyarətlərini həyata keçirməkdə davam edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR