Bank Of Baku

ATƏT Ali Məhkəməyə qanunvericilik sahəsinə aid 300-ə qədər kitab təqdim edib

ATƏT Ali Məhkəməyə qanunvericilik sahəsinə aid 300-ə qədər kitab təqdim edib
# 28 dekabr 2006 10:29 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinin təşkilatçılığı və maliyyə dəstəyi ilə qanunvericilik sahəsinə aid 300-ə yaxın kitab Ali Məhkəməyə təqdim olunub. APA-nın məlumatına görə, bununla bağlı Ali Məhkəmədə keçirilən tədbirdə qurumun “Qanunun aliliyi” şöbəsinin əməkdaşı Məhəmməd Quluzadə hüquqla bağlı kitabları təqdim etdiklərinə görə ATƏT-in Bakı Ofisinə təşəkkür edib. M.Quluzadə bildirib ki, Ali Məhkəmənin kitabxanasının zənginləşdirilməsinə böyük ehtiyac var: “İnanıram ki, Ali Məhkəmə ilə ATƏT arasında bu sahədə əməkdaşlıq gücləndiriləcək”. ATƏT-in Bakı Ofisinin insan ölçüsü üzrə şöbəsinin məsul şəxsi Andreas Buş bildirib ki, ATƏT Azərbaycanda hüquq islahatlarının təkmilləşdirilməsi üçün bir sıra layihələr həyata keçirir. Onun sözlərinə görə, ATƏT gələn il də Ali Məhkəməyə bu tip kitablar hədiyyə edəcək: “Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi üçün ATƏT-in Bakı Ofisində işçi qrupu yaradılıb. Biz başa düşürük ki, Azərbaycanın ATƏT qarşısında insan haqları və hüquq islahatlarının həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri birdən-birə yerinə yetirə bilməz. Bu baxımdan dərhal əlverişli məhkəmə sistemi də qurmaq asan deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR