Bank Of Baku

MAU tələbələrinin iddiası əsasında keçirilən məhkəmə prosesi yenidən təxirə salınıb

MAU tələbələrinin iddiası əsasında keçirilən məhkəmə prosesi yenidən təxirə salınıb
# 28 dekabr 2006 11:25 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) 125 tələbəsinin iddiası əsasında Binəqədi rayon Məhkəməsində bu günə təyin olunmuş məhkəmə iclası təxirə salınıb. Bu barədə APA-ya Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədri Elnur Məmmədov məlumat verib. Onun sözlərinə görə, hakim iclasın təxirə salınmasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilmiş sorğuya cavab verilməməsi ilə əlaqələndirib. Belə ki, məhkəmə 2004-cü ildə MAU-ya 200-dən artıq bal toplayaraq qəbul olmuş tələbələrin siyahısını TQDK-dan istəsə də, hələlik komissiya bu siyahını məhkəməyə təqdim etməyib. Növbəti məhkəmə iclası 2007-ci il yanvarın 12-nə təyin olunub. E. Məmmədov bildirib ki, məsələ ilə bağlı sabah tələbələr mətbuat konfransı keçirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR