Bank Of Baku

Gəncə Qaz İstismar İdarəsinin yeni rəisi şəhərdə reydlər keçirib

Gəncə Qaz İstismar İdarəsinin yeni rəisi şəhərdə reydlər keçirib
# 28 dekabr 2006 12:17 (UTC +04:00)
Dünən Gəncə Qaz İstismar İdarəsinin yeni rəisi Adil Bağırovun rəhbərliyi ilə şəhərin müxtəlif ərazilərində reydlər keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Sadıllı qəsəbəsində aparılan yoxlamalar zamanı 10 abonentin evində qaz nasosları aşkar edilib. A. Bağırov bildirib ki, bu hal əsasən qazın az paylandığı ərazilərdə aşkarlanıb: “Nasoslar vasitəsilə borulardan qazı sovuran şəxslər digər abonentlərin mavi yanacaqdan istifadəsinə mane olurlar. Belə hallar texniki təhlükəsizlik baxımından da çox yanlışdır. Belə ki, bu, qəza vəziyyətlərinin yaranmasına, partlayışlara səbəb ola bilər”. A. Bağırov deyib ki, sakinlər tərəfindən sayğaclara müdaxilə hallarının sayı da artıb. Onun sözlərinə görə, reydlər zamanı məlum olub ki, bir çox sayğaclara iynə və digər əşyalarla müdaxilələr olur, həmçinin tam sıradan çıxarılan sayğaclar da var. Reyd zamanı 9 ünvandan 7-də kənarlaşmalar, sayğaca müdaxilə halları aşkarlandığını söyləyən Adil Bağırov onu da əlavə edib ki, belə abonentləri indi daha ciddi cəzalar gözləyir. Belə ki, Milli Məclisin Cinayət Məcəlləsinə etdiyi dəyişiklikdən sonra enerji oğurluğu ilə məşğul olan və ya sayğaclara müdaxilə edən vətəndaşları 2 ildən 6 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR