Bank Of Baku

Gələn ilin yanvarından Türkiyənin Kanal D, iyulunda isə Rusiya televiziyalarının Azərbaycanda yayımı dayandırılacaq

Gələn ilin yanvarından Türkiyənin Kanal D, iyulunda isə Rusiya televiziyalarının Azərbaycanda yayımı dayandırılacaq
# 28 dekabr 2006 12:19 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. N.Məhərrəmli bildirib ki, bununla bağlı Teleradio Şurasının bu gün keçirilən iclasında yekdil qərar çıxarılıb. MTRŞ sədri deyib ki, TRT-nin Azərbaycanda yayımı davam edəcək: “Teleradio Şurasının qərarından irəli gələn hüquqi məsələləri, o cümlədən qarşı tərəflərin xəbərdar olunması üçün müvafiq qurumlara, Xarici İşlər Nazirliyinə məktubla müraciət olunacaq. Azərbaycan xarici siyasət idarəsi isə qərarla bağlı Rusiya və Türkiyəni məlumatlandıracaq. 1995-ci ildə yayımla bağlı Rusiya və Türkiyə hökumətləri ilə hüquqi sənəd imzalanıb. Sənədə görə, Azərbaycan öhdəlik götürüb ki, hər hansı telekanalı bağlanmazdan öncə qarşı tərəf 6 ay əvvəl məlumatlandırılmalıdır. Ona görə də qərarın ölkələrarası münasibətlərə xələl gətirməməsini əsas tutaraq biz gələn ilin iyuluna qədər həmin kanallara vaxt verdik. Kanal D-nin yayımı ilə bağlı Azərbaycanla hər hansı anlaşma olmadığından isə onun yayımı yanvardan dayandırılacaq.” N.Məhərrəmli deyib ki, Rusiya yaya kimi Azərbaycanın hər hansı kanalının öz ərazisində yayımına razılıq versə, onda Azərbaycan da Rusiyanın kanallarının birinin ölkəmizdə yayımlanmasını bərpa edə bilər: “Rusiyanın Azərbaycandakı səfiri Vasiliy İstratov mənimlə görüşüb. Razılığa gəlinib ki, əgər Rusiya Azərbaycan kanalları ilə bağlı adekvat şərait yaradarsa, onda Azərbaycan bu məsələyə yenidən baxa bilər. Ancaq biz qərarımızda qətiyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR