Bank Of Baku

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi KİV əməkdaşlarını diplomla təltif edib

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi KİV əməkdaşlarını diplomla təltif edib
# 28 dekabr 2006 12:56 (UTC +04:00)
Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 2006-cı ilin yekunları ilə bağlı hesabat tədbiri keçirib. Birliyin sədri Esmira Orucova əsir və girov soydaşlarımızın problemlərinin ümummilli problem olduğunu deyərək, bütün mətbuatı bu məsələdə həmrəy olmağa çağırıb: “Təəssüf ki, bütün mətbuat orqanları problemə bu aspektdən yanaşmırlar”. Daha sonra əsir və girov soydaşlarımızın problemlərini mütəmadi işıqlandırdığına, məsələyə vətəndaşlıq prizmasından yanaşdığına görə 10 KİV əməkdaşı diplomla təltif olunub. Mükafat alanlar sırasında APA İnformasiya Agentliyinin əməkdaşı da var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR