Bank Of Baku

Söz və Mətbuat Azadlığının Müdafiəsinin Koordinasiya Mərkəzinin iclası keçirilib

Söz və Mətbuat Azadlığının Müdafiəsinin Koordinasiya Mərkəzinin iclası keçirilib
# 28 dekabr 2006 14:48 (UTC +04:00)
Bu gün Söz və Mətbuat Azadlığının Müdafiəsinin Koordinasiya Mərkəzinin üzvü olan qurumların rəhbərlərinin birgə iclası keçirilib. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, iclasda son vaxtlar mətbuat nümayəndələri ilə bağlı xoşagəlməz hallarla bağlı müzakirələr aparılıb: “Daxili İşlər Nazirliyinin hesabatlarında cinayət hadisələrinin 90 faizinin üstünün açıldığı qeyd olunur, amma jurnalistlər və qəzetlərlə bağlı açılmış cinayət işlərinin bir faizi də açılmayıb.” S. Cəlaloğlu bildirib ki, iclasda Koordinasiya Şurasının fəaliyyətinin genişləndirilməsi, qəzetlərin bir səhifəsində ictimai yaddaşı möhkəmləndirmək üçün söz və fikir azadlığı uğrunda fotostendin yerləşdirilməsi və digər qərarlar qəbul edilib.
İclasda həmçinin “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağların naməlum şəxslər tərəfindən döyülməsinə etiraz olaraq bəyanat qəbul olunub. Bəyanatda günahkarların tapılaraq cəzalandırılması tələb olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR