Bank Of Baku

Zeynəb Qaracayeva: “Oğlum əsirlikdən azad olunduqdan sonra onun barədə bizə heç bir məlumat verilməyib”

Zeynəb Qaracayeva: “Oğlum əsirlikdən azad olunduqdan sonra onun barədə bizə heç bir məlumat verilməyib”
# 28 dekabr 2006 15:01 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Şəki-Zaqatala bürosuna əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayevin anası Zeynəb Qaracayev verib. O, oğlu haqqında son məlumatı Vüsal Qaracayev Azərbaycan tərəfə təhvil verilən gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədovdan aldığını deyib. “Eldar Səmədov bildirdi ki, Vüsal Azərbaycan tərəf qaytarılıb və Müdafiə Nazirliyinə təhvil verilib. O, bununla da öz missiyalarının başa çatdığını dedi. Maddi imkanımız olmadığına görə, Bakıya gedib Müdafiə Nazirliyindən oğlum barədə məlumat ala bilmirəm”. Qeyd edək ki, əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayev dekabrın 23-də Azərbaycan tərəfə təhvil verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR