Bank Of Baku

Tərtərdə minadan zərərçəkənlərin problemləri ilə bağlı konfrans keçirilib

Tərtərdə minadan zərərçəkənlərin problemləri ilə bağlı konfrans keçirilib
# 28 dekabr 2006 15:25 (UTC +04:00)
Tərtərdə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) rayon İcra Hakimiyyəti ilə birgə minadan zərərçəkənlərin problemlərinin araşdırılması və həlli yollarını müzakirə etmək üçün konfrans keçirib. BAMF-dan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, tədbirə minadan zərərçəkənlərin özləri də dəvət edilib, onların problemlərinə birbaşa məsuliyyət daşıyan idarə və təşkilatların rəhbərləri əlillərin çətinliklərini şəxsən dinləyiblər. Qeyd olunub ki, minadan zərərçəkənlərin ən çox üzləşdikləri problem onların əlillik dərəcəsi, şəxsiyyət vəsiqəsi və müharibədə iştirak etmələri haqda sənəd ala bilməmələridir. Bunun üçün də aidiyyəti təşkilatlar konfransa dəvət edilərək problemlərin qısa müddət ərzində həllinə cəlb olunublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR