Bank Of Baku

Heydər Əliyev Fondu uşaqlar üçün bayram tədbiri keçirib

Heydər Əliyev Fondu uşaqlar üçün bayram tədbiri keçirib
# 28 dekabr 2006 15:41 (UTC +04:00)
Bu gün Heydər Əliyev Fondu Bakının müxtəlif orta məktəblərinin təhsildə xüsusilə fərqlənən şagirdləri, uşaq evlərində və internat məktəblərindəki azyaşlılar, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il şənliyi təşkil edib. APA-nın məlumatına görə, şənlikdə mindən çox uşaq iştirak edib. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın uşaqlara yeni il təbrikləri çatdırılıb. Fondun uşaq evlərinə, internat məktəblərinə qayğısına həsr olunmuş sənədli film nümayiş olunub. İncəsənət ustaları, gənc istedadlar, uşaq bədii özfəaliyyət kollektivləri oynaq, şux mahnılar və rəqslər ifa ediblər. Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hədiyyələri də təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR