Bank Of Baku

Zeynəb Xanlarova: “Mənə təsir edən odur ki, fonoqrama oxuya-oxuya fəxri ad istəyirlər”

Zeynəb Xanlarova: “Mənə təsir edən odur ki, fonoqrama oxuya-oxuya fəxri ad istəyirlər”
# 28 dekabr 2006 16:34 (UTC +04:00)
APA-nın məlumatına görə, Z. Xanlarovanı evində təbrik edən Ə. Qarayev bildirib ki, sənətçimiz öz səhnə fəaliyyətinə 1961-ci ildə Opera və Balet Teatrında başlayıb: “Biz sizi həmişə Azərbaycan sənətinin zirvəsində görmüşük. Mən bu yaxınlarda mətbuata verdiyim müsahibəmdə sizin haqqınızda danışmışam. Biz böyük korifeyimizin yubileyini qala-konsert keçirməklə qeyd olunmasını istəsək də, Zeynəb Xanlarova bundan imtina edib”. Z. Xanlarova yubileyin keçirilməsindən imtina etməsinə səbəb kimi yaşının az olması ilə izah edib: “Mənim hələ nə yaşım var. Yubileyi 80-90 yaşında keçirərlər”. Z. Xanlarova gələn il Hollandiya, ABŞ, Dubay və digər ölkələrə səfər edəcəyini bildirib. Sənətçi Ə. Qarayevlə görüşündə mədəniyyət və incəsənət xadimlərinə fəxri adların verilməsi məsələsinə də toxunub: “Mənə təsir edən odur ki, fonoqrama oxuya-oxuya fəxri ad istəyirlər. Adı gərək əziyyət çəkib alasan. Mən SSRİ xalq artistiyəm və bu ada öz səsimlə layiq görülmüşəm. Nazir kimi sizdən xahiş edirəm ki, yığışaq bir yerə və fəxri adların götürülməsi ilə bağlı danışıqlara başlayaq”. Nazir isə Z. Xanlarovanın hər bir fikrinə hörmətlə yanaşdığını deyib: “Bu zamana kimi verilən fəxri adları götürmək olmaz. Ancaq gələcəkdə fəxri adların verilməsi ilə bağlı fikirləşəcəyik və müvafiq tədbirlər görəcəyik. “Mənim adım var deyə bütün qapılar açıq olmalıdır” fikri yanlış yanaşmadır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR