Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi 2006-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirib

Mədəniyyət və Turizm Nazirliyi 2006-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirib
# 28 dekabr 2006 16:51 (UTC +04:00)
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin 2006-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq başa çatmaqda il ərzində mədəniyyət və incəsənətə həsr edilmiş 156 dövlət tədbirinin keçirildiyini deyib: “2006-cı il Azərbaycan mədəniyyəti və incəsənəti üçün olduqca önəmli il olub. Bu ilin əsas yaddaqalan tədbiri Azərbaycanda Rusiya İlinin keçirilməsi oldu. Bundan əlavə bu il mədəniyyət sahəsində bir sıra istedadlı gənclərə yardım göstərilib və onların istedadının üzə çıxması üçün müxtəlif müsabiqələr keçirilib”. Nazir qeyd edib ki, 2008-ci ildə Almaniyada Azərbaycan İlinin keçirilməsi çox önəmli hadisə olacaq: “Gələn ilin ortalarından biz bu illə bağlı öz tədbirlər planınımızı hazırlayacağıq. Çalışacağıq ki, Azərbaycan mədəniyyəti və incəsənəti layiqincə təmsil olunsun”. Bu il dövlət səviyyəsində bir sıra tamaşaların hazırlandığını və filmləri istehsal olunduğunu qeyd edən Ə. Qarayev bu işlərin gələn il də davam etdiriləcəyini vurğulayıb. O, bu il Turizm İnstitutunun açılışının Azərbaycanda turizmin inkişafına öz töhvəsini verəcəyini deyib: “Bu il Azərbaycana gələn turistlərin sayı olduqca çox olub. Bu da bizim turizm sahəsinin inkişafında müsbət rol oynayacaq. Gələn il üçün turistlərin sayı daha da artacaq”. Nazir gələn il üçün mədəniyyət və turizm sahəsində bir sıra islahatların olacağını da istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR