Bank Of Baku

Qax rayonunun Qaxçaçay kəndində yeni məktəb binasının açılış mərasimi keçirilib

Qax rayonunun Qaxçaçay kəndində yeni məktəb binasının açılış mərasimi keçirilib
# 29 dekabr 2006 08:56 (UTC +04:00)
Bu gün Qax rayonunun Qaxçaçay kəndində yeni məktəb binasının açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax Rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Xasıyev məlumat verib. M.Xasıyevin sözlərinə görə, carı ilin əvvəlindən başlayaraq rayonun Qaxçaçay kəndində Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin xətti ilə 360 yerlik məktəb binasının tikintisinə başlanılıb və ən qısa müddətdə məktəb binasının inşası başa çatdırılıb. Bu gün rayonun Qaxçaçay kəndində sözügedən məktəb binasının açılış mərasimi keçirilib. Açılış mərasimində rayon icra hakimiyyəti aparatının, rayon təhsil şöbəsinin nümayəndələri və kənd ziyalıları iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR