Bank Of Baku

Gəncə Məşğulluq Mərkəzinə müraciət edən 1253 vətəndaşdan 1005-i işlə təmin olunub

Gəncə Məşğulluq Mərkəzinə müraciət edən 1253 vətəndaşdan 1005-i işlə təmin olunub
# 29 dekabr 2006 09:17 (UTC +04:00)
2006-cı il ərzində Gəncə Məşğulluq Mərkəzinə 1253 vətəndaş müraciət edib. Onlardan 576 nəfəri qadın, 677 nəfəri kişidir. Müraciət müəlliflərindən 1005-i ixtisaslarına və istəklərinə uyğun işlərlə təmin olunublar. Bu barədə APA-nın Qərb bürosuna Gəncə Məşğulluq Mərkəzinin direktoru Ruflan Qurbanov məlumat verib. Onun sözlərinə görə, bu il mərkəzə müraciət edənlərin 141 nəfərinə işsiz statusu verilib və onlar 24-142 AZN arasında müavinət alırlar: “Hazırda 269 vakant yer var. Lakin vətəndaşlar bu işlərlə razılaşmırlar. Təklif olunan vakansiyalar aşağı maaşa görə onları qane etmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR